həndəsi faktor

ру геометрический фактор en geometric factors de geometrische Faktoren fr facteurs géométriques es factores geométricos it fattori geometrici
həddən artıq qızma problemi
hərəkətli
OBASTAN VİKİ
Faktor-bank
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılması Analiz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Psi-faktor
Psi-faktor ya da psi enerjisi parapsixologiya sahəsində istifadə edilən bir termin olub insanın paranormal qabiliyyətləriylə əlaqədar olan gücü ya da təsiri ifadə etmək üzrə ortaya atılmışdır. Yunan əlifbasında 23-cü hərfi olan "psi" bəzi filosoflara görə "ruh" ya da "həyati güc" mənasında istifadə edilən "psikhe" sözünün ilk hərfi olduğundan parapsixologiyada ESP (qeyri-duyğusal dərk etmə) və PK fenomenlərinin açıqlanmasında istifadə edilən bir termin halına gəlmişdir. Parapsixoloqlar edilən sınaq və yanılmalar nəticəsində insanın fiziki bədəninin kənarında fiziki olmayan bir tərəfinin olması gərəkdiyini düşünürlər. Parapsixik qabiliyyətlərin, müxtəlif zamanlarda, müxtəlif tədqiqatçılar tərəfindən müctəlif adlarla anılmış olan və fiziki qanunlarla açıqlana bilməyən bir enerji sahəsi içində gerçəkləşdiyi düşünülür. Qədim Çində buna həyat enerjisi mənasında çi (chi) və ya Hindistanda isə Prana, Çexoslovakiyada Psixotronik enerji və hal-hazırkı parapsixologiyada PSİ-faktor (psi enerjisi) adı verilmişdir. Psi-faktorun sadəcə beyinə bağlı bir enerji deyil, bütüm varlığımıza aid bir enerji olduğu və yayıldığı iddia edilir. Bu möbzi üzrə tədqiqatlar davam edir. Ancaq psi-faktorun fiziki qanunlara tabe olmadığı zənn edilir. Bu enerjinin fiziki hissiyyatlarımızla dərk edilməməsinə baxmayaraq bir fövqəltəbii qabiliyyətlərimizlə varlığının "hiss edildiyi" iddia edilir.
İmpakt faktor
İmpakt faktor - elmi jurnalın əhəmiyyətinin rəqəmlə göstəricisidir. 1960-cı illərdən başlayaraq o hər il 1992-ci ildə Thomson korporasiyasi tərəfindən alınmış və hazırda Thomson Scientific adlanan Elmi İnformasiya İnstitutu tərəfindən hesablanır və “Journal Citation Report” jurnalında dərc olunur. İF-yə görə jurnalların səviyyəsi, onlarda dərc olunmuş məqalələrin keyfiyyəti qiymətləndirilir, tədqiqatçılara maliyyə yardımı verilir və əməkdaşlar işə götürülür, impakt-faktor elmi tədqiqatın nəticələrinin qiymətləndirilməsinə böyük, lakin birmənalı olmayan təsir göstərir. İmpakt faktorun hesablanması 3 illik dövrə əsaslanır. Məsələn, jurnalın 2014-cü ildəki i2014 impakt factoru aşağıdakı kimi hesablanmışdır: İ2014=A/B, burada A- Elmi İnformasiya İnstitutu tərəfindən 2014-cü il ərzində izlənilən jurnallarda 2012-2013-cü illərdə olan istinadların sayı, B-2012-2013-cü illərdə bu jurnalda dərc olunmuş məqalələrin sayıdır. Hesablamada bir sıra nüanslar (incəliklər) vardır. Elmi İnformasiya İnstitutu müəyyən tip məqalələri (xəbər, məktub, səhvlərin düzəliş siyahısı və s.) öz hesablamalarında nəzərə almış və bəzən yeni jurnallar üçün impakt faktor yalnız iki illik dövrə əsasən hesablanır. Jurnalın İF-si tədqiqat sahəsindən və onun tipindən asılıdır: ildən ilə o əhəmiyyətli dərəcədə dəyişə bilər, məs., jurnalın adı dəyişdikdə çox aşagı hədəfə enə bilər və s. Bununla belə bu gün İF yaxın elm sahəsində elmi tədqiqatın səviyyəsini müqayisə etmək üçün ən mühüm göstəricilərdən (kriteriyalardan) biridir. Məsələn, elmi tədqiqatın investoru öz investisiyasının perspektivini qiymətləndirmək üçün tədqiqatçıların nəticələrini müqayisə etmək istəyə bilər.
Həndəsi forma
Həndəsi forma — Yer, miqyas, yönləndirmə və refleksiyanın həndəsi obyektin təsvirindən çıxarıldığı zaman qalan həndəsi məlumatdır. == Haqqında == Yəni forma ətrafında hərəkətin, onun genişlənməsinin, dönməsinin və ya güzgüdə əks olunmasının nəticəsi, ayrı bir forma deyil, orijinal forma ilə eynidir. Eyni formaya malik olan obyektlərin oxşar olduğu deyilir. Bir-birləri ilə eyni miqyasda olduqları təqdirdə, onlara bir-birinə uyğun olan deyilir. Bir çox ikiölçülü həndəsi formalı bir nöqtə və ya birbaşa və ya bağlanmış bir nöqtədə nöqtələri birləşdirən xəttlər, həmçinin nəticələnən daxili nöqtələrlə müəyyən edilə bilər. Belə formalar çoxbucaqlı adlanır və üçbucaqlar, kvadratlar və pentaqonlar daxildir. Digər formalar bir dairə və ya ellips kimi əyri ilə məhdudlaşdıra bilər. Bir çox üçölçülü həndəsi fiqurlar bir sıra şaquli, hündürlüyü birləşdirən xəttlər və bu xətlərin əhatə etdiyi iki ölçülü üzlər, eləcə də yaranan daxili nöqtələrlə müəyyən edilə bilər. Bu cür formlara polihedra deyilir və buraya kublar daxildir, həmçinin tetrahedra kimi piramidalar. Digər üç ölçülü şəkillər ellips və sfera kimi əyri səthlərlə məhdudlaşdıra bilər.
Həndəsi orta
n {\displaystyle n} müsbət a 1 , a 2 , … , a n {\displaystyle a_{1},a_{2},\dots ,a_{n}} ədədinin həndəsi ortası onların hasilinin n {\displaystyle n} dərəcəli hesabi kökünə deyilir: G = a 1 ⋅ a 2 ⋯ a n n {\displaystyle G={\sqrt[{n}]{a_{1}\cdot a_{2}\cdots a_{n}}}} və ya G = ∏ i = 1 n a i n {\displaystyle G={\sqrt[{n}]{\prod \limits _{i=1}^{n}a_{i}}}} . İki ədədin həndəsi ortası onlarla orta mütənasib də deyilir. Bir neçə ədədin həndəsi ortası digər ortalar kimi onların ən kiçiyi ilə ən böyüyü arasında olur. Bir neçə ədədin həndəsi ortası onların qüvvət ortasının xüsusi halıdır. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Həndəsi qurmalar
Həndəsi qurmalar — yaxud Qurma məsələləri müxtəlif alətlərin (birtərəfli riyazi xətkeş, ikitərəfli xətkeş, pərgar, düz bucaq modeli və s. alətlər) köməyi ilə müxtəlif şərtləri ödəyən həndəsi fiqurların qurulmasıdır. Həndəsənin həndəsi qurmaların üsullarını öyrənən bölməsinə konstruktiv həndəsə deyilir. Qurma məsələləri həm Evklid həndəsəsində, həm də başqa həndəsələrdə (Sferik həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Bu məsələlərə həm müstəvi üzərində, həm də fəzada baxılır. Qurmanın klassik alətləri pərgar və xətkeşdir. Lakin, təkcə, pərgarla (Mor-Maskeroni qurmaları), təkcə, birtərəfli xətkeşlə (Şteyner qurmaları), təkcə, ikitərəfli xətkeşlə, təkcə, düz bucaqla (düz bucağın modeli) və s. alətlərlə qurmalara da baxılır. Bütün qurma məsələləri Konstruktiv həndəsənin aksiomlarına əsaslanır. Konstruktiv həndəsənin aksiomları ən sadə həndəsi qurmalardır.
Həndəsi silsilə
Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıfırdan fərqli sabit ədədin hasilinə bərabər olan ədədi ardıcıllıq. Məsələn, 2, 6, 18, 54, … ardıcıllığı silsilə vuruğu 3 olan həndəsi silsilədir. Eynilə 10, 5, 2.5, 1.25, … silsilə vuruğu 1/2 olan həndəsi silsilədir. Həndəsi silsiləyə misal olaraq 2k və 3k kimi sıfırdan fərqli r sabitinin rk qüvvətlərini göstərmək olar. Həndəsi silsilənin ümumi forması belədir a , a r , a r 2 , a r 3 , a r 4 , … {\displaystyle a,\ ar,\ ar^{2},\ ar^{3},\ ar^{4},\ \ldots } burada r ≠ 0 silsilə vuruğu, a ≠ 0 isə ardıcıllığın başlanğıc qiymətinə bərabər olan əmsaldır. Silsilə və sıra arasındakı arasındakı fərq ondan ibarətdir ki, silsilə ardıcıllıq, sıra isə cəmdir. == Elementar xassələr == İlk həddi a = a1, silsilə vuruğu r olan həndəsi silsilənin n-ci həddi aşağıdakı kimi verilir: a n = a r n − 1 {\displaystyle a_{n}=a\,r^{n-1}} Belə həndəsi silsilə rekurrent münasibətə uyğundur: hər bir n ≥ 2 {\displaystyle n\geq 2} tam ədədi üçün a n = r a n − 1 {\displaystyle a_{n}=r\,a_{n-1}} Ümumiyyətlə, verilmiş ardıcıllığın həndəsi olub-olmadığını yoxlamaq üçün sadəcə ardıcıllığın bütün hədlərinin eyni silsilə vuruğuna malik olub-olmadığını yoxlamaq kifayətdir. Silsilə vuruğu mənfi olarsa, işarəsi müsbət və mənfinin arasında dəyişən ədədi ardıcıllıq alınar. Misal üçün 1, −3, 9, −27, 81, −243, … silsilə vuruğu −3 olan həndəsi silsilədir. Həndəsi silsilənin davranışı silsilə vuruğunun qiymətindən asılıdır.
Həndəsi çevrilmələr
Həndəsi çevrilmələr — müstəvinin həndəsi çevrilmələri müstəvinin özünə qarşılıqlı birqiymətli inikasıdır. Ən mühüm həndəsi çevrilmə hərəkətdir. Yəni nöqtələr arasında məsafələri saxlayan həndəsi çevrilmələr. Hərəkət fiqurların bərabərliyi ilə əlaqədardır. "İki fiqurdan birini digərinə çevirən hərəkət varsa, onlara bərabər fiqurlar deyilir. Bu tərifi Evklidin özü də qəbul etmişdir". (Bərk fiqurları bütün nöqtələrinin üst-üstə düşməsi şərti ilə bir-birinin üzərinə qoymaq əslində hərəkətdir). Hərəkətlərdən bəziləri müstəvinin nöqtələrinin qarşılıqlı vəziyyətini saxlayır (paralel köçürmə və dönmə), bəziləri isə saxlamır (ox simmetriyası). Həndəsi çevrilmələr növbəti mühüm qrupu oxşarlıq çevrilmələridir. Onların ən sadəsi homotetiyadır.
Həndəsi nisbətlər qanunu
Həndəsi nisbətlər qanunu Bu qanun David Dalton (1803) tərəfindən kəşf olunmuşdur: Əgər iki element bir-birilə bir neçə birləşmə əmələ gətirirsə, bunlardan birinin eyni kütləsinə düşən digər elementin kütlələri nisbəti sadə tam ədədlərin nisbəti kimidir. Məsələn, CO2 ilə CO birləşmələrində karbonla oksigenin kütlələri nisbəti 12:32 və 12:16 nisbəti kimidir. Deməli, karbonun oksigenin sabit kütləsi ilə birləşən kütlələri nisbəti 2:1-ə nisbəti kimidir. Bu qanun əsasında Dalton hidrogenin kütləsini şərti olaraq vahid qəbul edərək elmə nisbi atom kütləsi anlayışını daxil etmişdir. Hal-hazırda isə göstərdiyimiz kimi nisbi atom kütlə vahidi olaraq karbon-12 izotopunun molyar kütləsinin 1/12 qəbul edilmişdir.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi — həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
İslam həndəsi naxışları
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
İslam həndəsi nümunələri
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.